Bağçalara uşaqların qəbulunun iyun ayında elan olunması nəzərdə tutulub.

"Unikal" xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev 2022-2023-cü tədris ilinin yekunları, növbəti tədris ili üzrə gözləntilər və digər məsələlərlə bağlı media nümayəndələri ilə keçirilən maarifləndirici görüşdə deyib.

O bildirib ki, hazırda bu istiqamətdə hazırlıq işləri aparıldığından qəbul dayandırılıb.