Azərbaycanın xaricdəki səfirlik və diplomatik korpusların təhlükəsizliyinə ayrılan vəsaitin artırılmasını təklif edilib.
"Unikal" xəbər verir ki, bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında deputat Elşən Musayev çıxış edib.
O bildirib ki, təhlükəsizliyin gücləndirilməsi vacib amillərdəndir. Bir müddət əvvəl Azərbaycanın Tehrandakı səfirliyinə edilən terror hücumunu xatırladan deputat vurğulayıb ki, təhlükəsizliyin təmin edilməsi üçün bütün mümkün resursları cəlb etmək lazımdır:
"Bu kimi tədbirləri sülh müqaviləsi ərəfəsində etməliyik. Çünki Azərbaycanın uğurlarını həzm edə bilməyən, bizə səbəbsiz düşmən kəsilən, dövlətimizin gücünü gözü götürməyən qüvvələrin terrorundan hələ də sığortalanmamışıq".
Anar Kəlbiyev