"Ağsu dolayları haqqında hər il danışıram. Ağsuda 400-ə yaxın ev hələ də zəlzələdən sonra bərpa olunmayıb. 4 milyon manat ayrılmalıdır, amma ayrılmır. Özüm də bezmişəm. Hər dəfə yazılı deyirlər ki, gələn il olacaq, amma olmur".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Kərimli deyib. 

"Məsələləri qaldırırıq, özümüz deyib, özümüz eşidirik. Nə qədər təklif irəli sürmüşəm. Biri də icra olunmur. Xahiş edirəm, məsələlərə diqqət edilsin. Seçicilərimiz əvvəl bizə deyirdilər ki, bu məsələni qaldırın. İndi isə deyirlər ki, siz qaldırdığınız məsələlərin nə xeyri var? Hansı qaldırdığınız məsələ qəbul olunub? Hökumətdən xahişim odur ki, qaldırılan məsələləri yerinə yetirsinlər", - deyə T.Kərimli bildirib.

Anar Kəlbiyev