"Utilizasiya prosesinə minik avtomobili ilə yanaşı yük maşınları və avtobuslar da əlavə edilməlidir".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputatı İltizam Yusifov deyib. 

O bildirib ki, avtobusların utilizasiyası minik avtomobillərinə nisbətən daha təhlükəsiz və ətraf mühitə zərərsiz icra oluna bilər:

“Çünki avtomobillərin utilizasiyası bahalı prosesdir. Üstəlik avtobusla sərnişin daşınır və bu da insan həyatı deməkdir. Bu səbəbdən qanuna minik avtomiblləri ilə yanaşı yük maşını və avtobuslar da əlavə edilsin”.

Anar Kəlbiyev