Cari ilin iyun ayı ərzində azad olunmuş ərazilərimizdə mühəndis-istehkam bölmələrinin fəaliyyəti nəticəsində 200 hektaradək ərazi minalardan tam təmizlənib.

Bu barədə "Unikal"a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə bu günədək mühəndis-istehkam bölmələri tərəfindən 30890 hektardan artıq ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib.