Rusiya iyulun 7-8-də Belarus ərazisində taktiki nüvə silahı yerləşdirməyə başlayacaq.

"Unikal" xəbər verir ki, bunu Rusiya Federasiyasının lideri Vladimir Putin bu gün Soçidə Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşü zamanı bildirib.

Onun sözlərinə görə, Belarusla təhlükəsizlik sahəsində əməkdaşlıq stabildir, hətta bunun yaxşı olduğunu demək olar: "Razılaşdığımız daha həssas məsələ ilə hər şey plana uyğun gedir. İyulun 7-8-də müvafiq silahların hazırlanması başa çatacaq və biz dərhal onların ərazinizdə yerləşdirilməsi işlərinə başlayacağıq".

Ağarza Elçinoğlu