Ötən ay prokurorluq orqanlarında istintaq olunan 90 cinayət işi məhkəməyə göndərilib.
"Unikal" xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə media və sosial şəbəkələrdə #gününrəqəmi həştəqi ilə məlumatlar yerləşdirilir. Bu günün rəqəmi isə 90-dır. Belə ki, 2023-cü ilin may ayı ərzində prokurorluq orqanlarında istintaq olunan 90 cinayət işi məhkəməyə göndərilib.
Prokurorluq orqanlarının fəaliyyətindəki bu və ya digər yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkə səhifələrinin izlənilməsi tövsiyə olunur.