İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.
"Unikal"ın məlumatına görə, bu gün saat 19:00 radələrində Lahıc-Qəndov yolunun 8-ci kilometrliyində hərəkətdə olan "Mercedes" markalı minik avtomobili yoldan çıxaraq təxminən 100 metr hündürlükdən Girdiman çayına düşüb. Hadisə zamanı sürücü Mirzəzadə Həsən Etiraf oğlu hadisə yerində dünyasını dəyişib.
Məlumata görə yağışdan sonra dağdan axıb gələn lil qatı yola tökülüb, nəticədə avtomobil sürüşərək çay dərəsinə düşüb.
Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Şahnəzər Bəşirov