Ağstafada 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Göycəli kəndində qeydə alınıb. Hərəkətdə olan iki avtomobil toqquşub. Qəzada xəsarət alanları xəstəxanaya aparan təcili tibbi yardım avtomobili Ağstafa şəhərinin Bayraq Meydanının qarşısında qəzaya düşüb. Yaralılar digər təcili tibbi  yardım avtomobili ilə xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov