Ağstafa rayonunun Aşağı Göycəli kəndində yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var.

"Unikal" xəbər verir ki, "VAZ" və "Toyota" markalı avtomobillərin toqquşması nəticəsində 1961-ci il təvəllüdlü S.Məmmədova, 1989-cu il təvəllüdlü Ş.Məmmədova, 2016-cı il təvəllüdlü T.Məmmədov, 2013-cü il təvəllüdlü C.Məmmədov, 1984-cü il təvəllüdlü C.Məmmədov və 1982-ci il təvəllüdlü V.Nəsibov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.