Balakəndə yaşayış evində yanğın olub.
"Unikal" xəbər verir ki, yanğın Balakən rayon Hənifə kənd sakini 1960-cı il təvəllüdlü Əhmədov Mahir Teyyub oğluna məxsus yaşayış evində baş verib.
Yanğın yerinə Balakən Yanğından Mühafizə hissəsindən yanğınsöndürən texnikalar və şəxsi heyət cəlb olunub. Yanğın zamanı ümumi sahəsi 416 kv/m olan 2 mərtəbəli yaşayış evinin 2-ci mərtəbəsi tamamilə yanıb.
Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.
Seymur Əli