Ağstafada 76 yaşlı qadını maşın vuraraq öldürüb.

"Unikal"ın məlumatına görə, hadisə Bakı Qazax magistral yolunun rayonun Dağ Kəsəmən kəndindən keçən hissəsində qeydə alınıb.Hərəkətdə olan "VAZ 2106" markalı minik maşını yolu qarşı tərəfə keçmək istəyən 76 yaşlı Raya Məlikovanı vurub.

Yaşlı qadın xəstəxanaya aparılarkən yolda  ölüb. Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov