Son yeddi gün ərzində Azərbaycan yollarında qeydə alınan yol-nəqliyyat hadisələri 15 nəfərin həyatına son qoyub.

Bu barədə “Unikal”a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Ümumilikdə, son həftə ərzində ölkə yollarında 13 yol qəzası qeydə alınıb. Nəticədə 14 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.