Bu gün səhər saatlarında Qusardan Bakı istiqamətində hərəkətdə olan “Temsa” markalı sərnişin avtobusun aşması nəticəsində xəsarət alan 19 nəfərin şəxsiyyəti məlum olub.

“Unikal” xəbər verir ki, Quba rayonunun Digah kəndi ərazisində qeydə alınan qəza nəticəsində 4-ü azyaşlı olmaqla 19 nəfər xəstəxanaya yerləşdirilib.

Qəzada xəsarət alan şəxslərin adları:

Xudat şəhər sakini, 2002-ci il təvəllüdlü Təhmin Cabir oğlu Pirəliyev,

Qusar rayon sakini, 2000-ci il təvəllüdlü Ayşən Mirbaba qızı Babayeva,

Qusar rayon sakini, Validə Seydulla qızı Vəlibəyova,

Bərdə rayon sakini, 1962-ci il təvəllüdlü Arzu Nəsir qızı Məmmədova,

Qusar rayon sakini, 1998-ci il təvəllüdlü Familə Hadı qızı Hacıyeva,

Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Ramella Əhmədşah qızı Yarəliyeva,

Bakı şəhər sakini Aynurə Yarəliyeva,

Bərdə rayon sakini, 1940-cı il təvəllüdlü Şövkət Heydər qızı Mamedova,

1973-cü il təvəllüdlü Gül Əhliman qızı Hüseynova,

Qaradağ rayon sakini, 1990-ci il təvəllüdlü Elnur Əlibaba oğlu Nərimanov,

Qusar rayon sakini, 1949-cu il təvəllüdlü Zina Mircuban qızı Heybətova,

Qusar rayon sakini, 1952-ci il təvəllüdlü Əhədulla Cansubar oğlu Babayeva,

Qusar rayon sakini, 1987-ci il təvəllüdlü Albina Elsevər qızı Pirəhmədova,

Qusar rayon sakini, 2002-ci il təvəllüdlü Sabrina Carulla qızı Müslümova,

Qusar rayon sakini, 1991-ci il təvəllüdlü Fərhad Qılıc oğlu Səlimov,

Uşaqlar - Riana Yarəliyeva, Rövşən Yarəliyev, Ramil Yarəliyev, Röyal Yarəliyev.

13:19

Quba - Qusar yolunda baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar olaraq TƏBİB-in tabeliyində fəaliyyət göstərən Quba Rayon Mərkəzi Xəstəxanasına (15 böyük, 4 azyaşlı) yerləşdirilib.

"Unikal" xəbər verir ki, hazırda tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində qəzada xəsarət alan vətəndaşlara tibbi xidmət göstərilir. Vəziyyətləri qənaətbəxş olaraq qiymətləndirilir.

12:55

Bu gün səhər saatlarında Qusardan Quba istiqamətində hərəkətdə olan "Temsa" markalı sərnişin avtobusu aşıb. Belə ki, Quba rayonunun Digah kəndi  ərazisində sürücü  Ravil Mahmudovun  idarə etdiyi avtobus yoldan çıxaraq aşıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan "Unikal" a verilən məlumata görə, hadisə yerinə dərhal polis əməkdaşları cəlb olunub, xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib. 
İlkin məlumata görə avtobusda 22 nəfər olub. Ölən yoxdur.

Hazırda faktla bağlı Quba Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.

12:17

Qusardan Quba istiqamətində hərəkət edən sərnişin avtobusu aşıb.

"Unikal" xəbər verir ki, ilkin məlumata görə, hadisə Quba rayonunun Digah kəndində baş verib.

Qeyd olunub ki, qəza nəticəsində 19 nəfər yaralanıb.

Hadisənin hansı səbəbdən baş verməsi ilə bağlı araşdırma aparılır.