Qəbələ rayonunun Solquca kəndi yaxınlığında açıq ərazidə 3 ha sahədə kol-kos və quru ot yanıb.
Bu barədə "Unikal"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Meşə zolağı yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
18:09
Qəbələ rayonunda dağlıq-meşəlik ərazidə yanğın başlayıb.
"Unikal" xəbər verir ki, yanğın hadisəsi Qəbələ rayonunun Solquca kəndi yaxınlığında, dağlıq-meşəlik ərazidə qeydə alınıb.
Əraziyə Fövqaladə Hallar Nazirliyinin Qəbələ Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunub.
Hazırda yanğın davam edir.