Şəkidə istirahət mərkəzində yanğın baş verib.
"Unikal" xəbər verir ki, bu gün axşam saatlarında rayonun Kiş kənd ərazisində dağlıq-meşəlik ərazinin yamacında inşa edilmiş “Xanlənd Ekstrim Əyləncə Mərkəzi”nin ümumi sahəsi 4 kv/m olan kateclərinin birində yanğın baş verib.
Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin Şəki rayon Dövlət Yanğından Müfafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində katecin yanar konstruksiyaları və içərisində olan əşyalar yanaraq yararsız hala düşüb.
Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Seymur Əli