Avtomobil ağaca çırpılıb, üç azyaşlı xəsarət alıb.

"Unikal" xəbər verir ki, hadisə Qax şəhər S.Vurğun kücəsində baş verib. Bakı şəhər sakini Pərvi Mehdiyev idarə etdiyi "BMW" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və nəticədə avtomobil yol kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü  xəsarət almasada avtomobildə olan üç azyaşlı müxtəlif dərəcəli xəsarətlər alaraq Qax rayon Mərkəzi Xəstəxansına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.