Sumqayıt şəhərində restoranın ərazisində ümumi sahələri 40 m² və 20 m² olan taxta konstruksiyalardan ibarət 2 ədəd kotec yanıb.

FHN-dən "Unikal"a verilən məlumata görə, yüksək temperaturdan yaxınlıqda ümumi sahəsi 10 m² olan kotecin plastikdən ibarət qapı və pəncərəsi, ümumi sahəsi 30 m² olan tikilinin plastikdən ibarət pəncərəsi əriyib. Kotec və tikilinin qalan hissəsi, ərazidə olan digər koteclər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.