Füzuli rayonunda yol qəzası baş verib.

"Unikal" xəbər verir ki, hadisə Aşağı Kürdmahmudlu kəndi ərazisində qeydə alınıb.

“Mercedes” və “VAZ-2106” markalı avtomobillər toqquşub. Nəticədə “VAZ-2106”-nın sürücüsü, 1985 təvəllüdlü Salyan şəhər sakini Nəzərov Rəşad Rəşid oğlu, onun sərnişini, 1964-cü il təvəllüdlü Kürdəmir rayon sakini Əhmədov Yaşar Mirzə oğlu ölüb. 6 nəfərin isə xəsarət aldığı bildirilir.