Hacıqabulda iki avtomobil toqquşub, altı nəfər xəsarət alıb.

"Unikal" xəbər verir ki,  hadisə rayonun Udulu kəndi ərazisində qeydə alınıb.

Belə ki, “VAZ-2106” markalı avtomobil digər nəqliyyat vasitəsi ilə toqquşub.

Qəza nəticəsində Hacıqabul rayon sakinləri - 1980-ci il təvəllüdlü Tarıverdiyeva Tünzalə Pirhüseyn qızı, 1963-cü il təvəllüdlü Bədəlov Novruzəli Ağadadaş oğlu, 1986-cı il təvəllüdlü Tarıverdiyeva Namidə Saday qızı, 1993-cü il təvəllüdlü Cəfərova Elzangül Novruz qızı, 1965-ci il təvəllüdlü Bədəlova Sənəm Həsən qızı və daha bir nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.