Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 100 m² olan taxta konstruksiyadan ibarət tikilinin (sex kimi fəaliyyət göstərir) yanar konstruksiyaları və içərisinə yığılan 5 m³ taxta materiallar yanıb.

 "Unikal"  xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.