Avqustun 24-də saat 22:00 radələrində Suraxanı rayon sakini 1977-ci il təvəllüdlü Könül Cəfərovanın yaşadığı evdə ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə "Unikal"a Suraxanı rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, araşdırma zamanı 1986-cı il təvəllüdlü Səbuhi Hüseynovun aralarında yaranmış mübahisə zamanı tanışı Könül Cəfərovanı paltar vasitəsilə boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb, Səbuhi Hüseynov şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

***

24 avqust, saat 23:42

Avqustun 24-də 23:15 radələrində Suraxanı rayonu Hövsan qəsəbəsində 1977-ci il təvəllüdlü Cəfərova Könül Hüseyinqulu qızının boğularaq öldürülməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən "Unikal"a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, 1986-cı il təvəllüdlü Hüseynov Səbuhi Kazım oğlu könüllü polisə gələrək təslim olub. O, saxlanılıb.
Araşdırma aparılır.