Mayın 13-də Xızı rayon sakini 1999-cu il təvəllüdlü Ləman Qurbanovanın öldürülməsi faktına görə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı yekunlaşıb.
Bu barədə "Unikal"a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
İbtidai istintaqla 1984-cü il təvəllüdlü Taleh Qurbanovun rayonun Giləzi qəsəbəsində yerləşən evlərin birində aralarında yaranmış mübahisə zamanı qohumu Ləman Qurbanovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Taleh Qurbanova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.