Avqustun 25-də saat 11 radələrində Gədəbəy rayonu Qalakənd kəndi ərazisində kafelərin birində bir qrup şəxs tərəfindən törədilən xuliqanlıq hərəkətləri ilə bağlı polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin regional qrupundan "Unikal"ın sorğusuna cavab olaraq bildirilib ki, polis əməkdaşları tərəfindən həmin hərəkətləri törətməkdə şübhəli bilinən şəxslər müəyyən olunaraq polis şöbəsinə gətiriliblər.
Hadisə şəxsi münasibətlər zəminində baş verib.
Fakta görə Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin olunub.
Hazırda cinayət işi üzrə araşdırmalar davam etdirilir.