2 saylı İstintaq təcridxanasına mobil telefon keçirilməsinin qarşısı alınıb.
Bu barədə "Unikal"a Ədliyyə Nazirliyindən məlumat verilib.
Belə ki, məhkum Mirhadı Mirtağı oğlu Bağırovla görüşə gəlmiş qohumu Kamran Səfər oğlu Yusifovun üzərinə baxış keçirilən zaman ayaqqabısının içərisində gizlədilmiş mobil telefon aparatı aşkar olunub.
Bununla yanaşı, 8 saylı cəzaçəkmə müəssisəsinə mobil telefonlar keçirilməsinin qarşısı alınıb.
Məhkum Nizaməddin Xanhüseyn oğlu Ağayevə anası Xatəmə Əlibəndə qızı Ağayevanın gətirdiyi sovqatdakı qazanın içərisində xüsusi üsulla gizlədilmiş 2 ədəd mobil telefon aparatı aşkar olunub.
Hər iki faktla bağlı araşdırma aparılır.