Cəlilabad rayonunda yeni doğulmuş körpə dünyasını dəyişib.
Baş Prokurorluqdan "Unikal"a verilən məlumata görə, Cəlilabad rayon sakini 1993-cü il təvəllüdlü Firuzə Ağayevanın avqustun 22-də Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında dünyaya gətirdiyi uşağının avqustun 28-də yaşadığı evdə ölməsi faktı ilə bağlı Cəlilabad rayon prokurorluğunda araşdırma aparılır.