Biləsuvarda bıçaqlanma hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, Biləsuvar rayon sakini, Səməd Buludlu döş qəfəsindən bıçaqlanıb. Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və dərhal cərrahi əməliyyata götürülüb.

İlkin məlumatla görə, S.Buludlu dostu tərəfindən bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.