“Avqustun 31-də səhər saatlarında hava hücumundan müdafiə qüvvələri paytaxta yaxınlaşan pilotsuz uçuş aparatını məhv edib”.

“Unikal” xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin Teleqram kanalında məlumat verib.

Onun sözlərinə görə, hadisə Voskresenski rayonunda baş verib.

“Hər hansı tələfat və dağıntı yoxdur. Hadisə yerində fövqəladə xidmət əməkdaşları işləyir”, - deyə mer yazıb.

Sobyanin başqa təfərrüatları açıqlamayıb.

Nuranə Abbasova