Ukraynanın müdafiə naziri Oleksiy Reznikov işdən çıxarılaraq Böyük Britaniyaya səfir təyin ediləcək. 

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Ali Radanın deputatı Yaroslav Jeleznyak bildirib.

Onun sözlərinə görə, artıq müdafiə idarəsinin rəisi vəzifəsinə yeni namizəd müəyyənləşib, dəyişiklik sentyabrın ilk həftəsində baş tutacaq.

Deputat qeyd edib ki, Ukrayna Dövlət Əmlak Fondunun rəhbəri Rustem Umerov nazir postunda Reznikovu əvəz edəcək. 

Qeyd edək ki, Rustem Umerov Özbəkistan SSR-də anadan olub, milliyyətcə krım tatarıdır. 

Ağarza Elçinoğlu