Moskvanın Vnukovo hava limanının işi müvəqqəti olaraq məhdudlaşdırılıb.

“Unikal” Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə hava limanının mətbuat xidməti məlumat yayıb. 

“Aeroportdan asılı olmayan səbəblərə görə Vnukovo təyyarələrin qəbulu və buraxılmasına müvəqqəti məhdudiyyətlər tətbiq edib. Təhlükəsizlik məqsədilə saat 05:21-dən uçuşların bir hissəsi digər hava limanlarına yönləndirilib”, - deyə mətbuat xidmətindən bildirilib.  

Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi hava hücumundan müdafiə sistemlərinin Moskva vilayətinin Voskresenski rayonu ərazisi üzərində Ukraynaya məxsus pilotsuz uçuş aparatını məhv etdiyi barədə məlumat yayıb

Moskva meri Sergey Sobyaninin sözlərinə görə, itki və dağıntı yoxdur.

Nuranə Abbasova