Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində xarici ölkə vətəndaşı tərəfindən pul müqabilində narkokuryerliyə cəlb edilən şəxs tutulub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Unikal"a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbir zamanı qeyd edilən cinayət əməli ilə məşğul olmaqda şübhəli bilinən Bakı şəhər sakini Cavid Mustafayevin sərnişin qismində əyləşdiyi "Opel" markalı nəqliyyat vasitəsi hərəkətdə olan zaman saxlanılıb. C.Mustafayevin üzərinə, eləcə də əyləşdiyi avtomobilə keçirilən baxış zamanı nəqliyyat vasitəsindən təmiz çəkisi 1 kiloqram 400 qram olan narkotik vasitə - heroin və 50 qrama yaxın psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.
Dindirilmə zamanı C.Mustafayev Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitələr göndərən iranlı narkotacirlə sosial şəbəkələr vasitəsilə tanış olduğu etiraf edərək, aşkarlanan narkotik vasitəni 1000 manat qarşılığında qabaqcadan təyin olunan yerə çatdırmalı olduğunu bildirib.
Bundan əlavə, Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən son bir ay ərzində bu istiqamətində keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən ümumilikdə 25 nəfər saxlanılıb. Onlardan çəkisi 3 kiloqrama yaxın heroin, metamfetamin və marixuana, eləcə də xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilən çətənə kolları aşkarlanaraq maddi sübut kimi götürülüb.
Qeyd edilən faktlarla bağlı Hacıqabul RPŞ-nin İstintaq Bölməsində cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.
Xarici ölkə vətəndaşı tərəfindən narkokuryerliyə cəlb edilən şəxs TUTULDU
![Xarici ölkə vətəndaşı tərəfindən narkokuryerliyə cəlb edilən şəxs TUTULDU Xarici ölkə vətəndaşı tərəfindən narkokuryerliyə cəlb edilən şəxs TUTULDU](/photos/unikal/1693717575.506672db-1e07-382c-8da5-7caf6f4a92b1_850.jfif.jpg)
09:02 03-09-2023
KRİMİNAL
Digər Xəbərlər
2024-07-29 14:25:43
![50 manata görə qətl törədən şəxs 15 il 6 ay azadlıqdanməhrum edildi 50 manata görə qətl törədən şəxs 15 il 6 ay azadlıqdanməhrum edildi](/photos/unikal/1722248823.editor_aea06a4427d16f8cdc7caf80669f6639_73j1gm985vhyulsfaw4e.webp)
2024-07-29 12:50:10
![Keçmiş məhkum 87 yaşlı qadına qarşısoyğunçuluq etdi Keçmiş məhkum 87 yaşlı qadına qarşısoyğunçuluq etdi](/photos/unikal/1722243130.1668671689.ograblenie-sumki-.jpg)
2024-07-29 12:17:53
![Qadını fotolarla şantaj edən şəxssaxlanıldı Qadını fotolarla şantaj edən şəxssaxlanıldı](/photos/unikal/1722241234.1665047948_1665047530_422269192_0_36_2000_1161_1920x0_80_0_0_1e0f7996a9be589fa915b25190aefe00.jpg)
2024-07-29 11:10:04
![Qəbələdə 3 il əvvəl törədilən qətlin üstüaçıldı - YENİLƏNİB Qəbələdə 3 il əvvəl törədilən qətlin üstüaçıldı - YENİLƏNİB](/photos/unikal/1722236288.bextiyar.jpeg)
2024-07-29 11:00:14
![Bakıda evdən 15 minlik qızıloğurlandı Bakıda evdən 15 minlik qızıloğurlandı](/photos/unikal/1722236921.ogru.jpg)
2024-07-29 09:20:07
![Cəlilabadda yeniyetmə traktorla həmkəndlisininüzərindən keçdi Cəlilabadda yeniyetmə traktorla həmkəndlisininüzərindən keçdi](/photos/unikal/1722230836_mtz-82-saz-vziyytd-staterl-tkrlr-yaxsi-id-37559028-795043826.jpeg)
2024-07-29 09:09:15
![Qəbələdə narkotiklərin dövriyyəsini təşkil edən şəxs tutuldu Qəbələdə narkotiklərin dövriyyəsini təşkil edən şəxs tutuldu](/photos/unikal/1722229943_ff.png)
2024-07-28 17:42:38
![Məşhur şirkət düzgün hesabat təqdim etmədiyi üçün 20 min dollarcərimə edildi Məşhur şirkət düzgün hesabat təqdim etmədiyi üçün 20 min dollarcərimə edildi](/photos/unikal/1722174316.2020185.jpg)
2024-07-28 17:02:28
![Ucarda həyat yoldaşını qətlə yetirən kişi təslim oldu- YENİLƏNİB Ucarda həyat yoldaşını qətlə yetirən kişi təslim oldu- YENİLƏNİB](/photos/unikal/1613241441.qetl6.jpg)
2024-07-26 20:27:18
![Göygöldə 35 yaşlı qadın oğlu tərəfindən bıçaqlandı- YENİLƏNİB Göygöldə 35 yaşlı qadın oğlu tərəfindən bıçaqlandı- YENİLƏNİB](/photos/unikal/1722009797.1656481147_1654326179_depozit105.jpg)
2024-07-26 18:54:22
![BMCMİ əməliyyat keçirdi, saxlanılanlar var- VİDEO BMCMİ əməliyyat keçirdi, saxlanılanlar var- VİDEO](/photos/unikal/1722005920_01.jpg)
2024-07-26 18:42:20
![Naxçıvanda 3 tondan çox çətənə koluməhv edildi Naxçıvanda 3 tondan çox çətənə koluməhv edildi](/photos/unikal/1722005195_WhatsApp Image 2024-07-26 at 18.41.55.jpeg)
2024-07-26 17:04:53
![Şamaxıda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs tutuldu Şamaxıda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs tutuldu](/photos/unikal/1721999122.narkotik_alvercisi.jpg)
2024-07-26 15:41:48
![Əmlak Məsələləri Dövlət Xidmətinin adından300 min manatlıq dələduzluq etdi Əmlak Məsələləri Dövlət Xidmətinin adından300 min manatlıq dələduzluq etdi](/photos/unikal/1721994187.thumb.jpg)
2024-07-26 14:14:35
![Salyanda narkotiklərin satışını təşkil edən şəxs saxlanıldı Salyanda narkotiklərin satışını təşkil edən şəxs saxlanıldı](/photos/unikal/1721988938.17219886866042346682_1200x630.jpg)
2024-07-26 13:09:57
![Azyaşlı qızını ağladığı üçün suda boğaraq öldürübmüş...- RƏSMİ Azyaşlı qızını ağladığı üçün suda boğaraq öldürübmüş...- RƏSMİ](/photos/unikal/1721987516.--.jpg)
2024-07-26 12:27:00
![DİN-dən əməliyyat:Həbs edilənlər var (VİDEO) DİN-dən əməliyyat:Həbs edilənlər var (VİDEO)](/photos/unikal/1721982512_829e6619-78bc-4207-bd5b-4e75f5b5ad94.jpg)
2024-07-26 11:11:09
![Bank kartlarından oğurluq edən 2 nəfərtutuldu Bank kartlarından oğurluq edən 2 nəfərtutuldu](/photos/unikal/1721977870.17219765852808251704_1200x630.jpg)