Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Agentlikdən "Unikal"a verilən məlumata görə, daxil olmuş vətəndaş müraciəti əsasında Bakının Qaradağ rayonunda Lökbatan şəhərtipli qəsəbə, S.Orucov küçəsi, ev 1 ünvanında fəaliyyət göstərən, fiziki şəxs İsayev Abuzər Vahid oğluna məxsus “Vahid” marketdə yoxlama aparılıb.
Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ-hüquqi aktların, sanitariya norma və qaydaların pozulduğu aşkar olunub.
Faktla bağlı müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib edilib, nöqsanlar aradan qaldırılanadək müəssisənin fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb.