İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün növbəti müsahibə mərhələsi başlayıb.

“Unikal” xəbər verir ki, bu gün keçirilmiş müsahibə mərhələsində 4 namizəd müsbət nəticə əldə edib. Onlar Nəsimi rayonu “Hacı Əjdərbəy” məscidinə, Binəqədi rayonu “Heydər” məscidinə dini ayinlərin icraçısı seçiliblər. 

Sentyabrın 8-nə qədər davam edəcək müsahibələrdə qadın dini ayinlərin icraçısı vakansiyası üzrə 113 nəfər namizədin seçimi aparılacaq.