Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Şirvan şəhər sakini Y.Bağırovu qətlə yetirməkdə şübhəli bilinən 1972-ci il təvəllüdlü Şirvan şəhər sakini Elşən İslamov saxlanılıb. 

DİN-dən "Unikal"a verilən məlumata görə, faktla bağlı araşdırmalar davam etdirilir.

***19:56

Şirvanda qətl hadiəsi törədilib. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindın "Unikal"a istinadən xəbər verir ki, sentyabrın 4-də saat 19 radələrində Şirvan şəhər sakini Y.Bağırovun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. 

Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür. 

Əlavə məlumat veriləcək.