Mərkəzi Bankın məlumatına görə, əhalinin banklardakı əmanətlərinin məbləği il ərzində 17,5 faiz artaraq 2023-cü il avqust ayının 1-nə milli valyuta ekvivalentində 12 milyard 705,5 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən "Unikal"a verilən məlumata görə, əmanətlərin 63,6 faizi milli, 36,4 faizi xarici valyutada qoyulub, milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 24,2 faiz, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 7,3 faiz artıb.
İyul ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,70) manata, 1 avroya nisbətdə 1,85 (1,84) manata, 100 türk lirəsinə nisbətdə 6,32 (8,06) manata, 100 rus rubluna nisbətdə 1,79 (2,12) manata bərabər olub.