Ümumi qlobal borc 2023-cü ilin birinci yarısında 10 trilyon dollar artaraq 307 trilyon dollara çatıb. Bu, bütün zamanların ən yüksək göstəricisidir.
"Unikal" xəbər verir ki, bu barədə Beynəlxalq Maliyyə İnstitutu məlumat yayıb.
Artımın 80%-i iri inkişaf etmiş ölkələrdə, ilk növbədə ABŞ, Yaponiya, Böyük Britaniya və Fransada baş verir. Aparıcı inkişaf etməkdə olan ölkələr - Çin, Hindistan və Braziliya da borcun əhəmiyyətli artım templərini nümayiş etdiriblər.
Rusiya bütün əsas sektorlarda - hökumət, korporativ, maliyyə və məişət sektorlarında borc artımını qeyd edib.
Tədqiqatçılar qlobal borc dinamikasının 2023-cü ilin ikinci yarısında dəyişə biləcəyinə inanırlar. Bununla belə, inflyasiyanın aşağı düşməsinə baxmayaraq, qlobal borcun ÜDM-ə nisbəti rekord səviyyədə qalır.
ABŞ-ın dövlət borcu isə ilk dəfə 33 trilyon dolları keçib.