Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.
"Unikal" xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 0.42 dollar və ya 0.42% azalaraq 100.78 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, "Azeri Light" neftinin qiyməti sentyabrın 15-də 2023-cü ildə ilk dəfə 100 dolları ötüb və 100,53 dollara bərabər olub.