Xəbər verdiyimiz kimi, Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın oğlu Levon Köçəryan xüsusi təyinatlı polislər tərəfindən döyülüb.

"Unikal" xəbər verir ki, bundan sonra o, xəstəxanaya yerləşdirilib.

Vəkil Aleksandr Qoçubayev öz "Facebook" səhifəsində qeyd edib ki, Köçəryanın oğlu ağır zədələr alıb. 

***12:50

Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın oğlu Levon Köçəryan erməni polislər tərəfindən döyülüb.

"Unikal" xəbər verir ki, bu barədə görüntüləri Ermənistan KİV yayıb.

***12:29

Polis Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın oğlu Levon Köçəryanı saxlayıb.

“Unikal” “Aysor”a istinadən xəbər verir ki, hadisə İrəvanda davam edən aksiyalar zamanı baş verib.

Paytaxtın polis idarəsindən bildirilib ki, şəhərdə vəziyyət çox gərgindir.