İqtisadi artıma təsir edən mühüm amillərdən olan qeyri-neft-qaz sektoru üzrə investisiya qoyuluşları Azərbaycanda 2023-cü ilin yanvar-avqust aylarında ötən ilin müvafiq dövrünə nisbətən 17,1% artıb.
"Unikal" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında yazıb.
Nazir qeyd edib ki, qeyri-neft-qaz sektoru üzrə investisiya qoyuluşları 7 milyard 98,8 milyon manata çatıb.