Qazaxıstan Rusiyaya qarşı sanksiyalar rejiminə əməl edəcək.
"Unikal" xəbər verir ki, bunu Qazaxıstan respublikasının prezidenti Kasım Jomart-Tokayev Almaniyaya səfəri zamanı deyib.
Onun sözlərinə görə, Astana məhdudlaşdırıcı tədbirlərə riayət olunmasına nəzarət edən strukturlarla əlaqə saxlayır: "Qazaxıstan açıq şəkildə bəyan edib ki, sanksiyalara əməl edəcək və bunun üçün müvafiq təşkilatlarla əlaqə saxlayır".
Tokayev həmçinin bildirib ki, Qazaxıstanın Rusiyadan ərazi iddiaları ilə bağlı heç bir narahatlığı yoxdur. O əlavə edib ki, Moskva və Astana həm ikitərəfli əsasda, həm də inteqrasiya birlikləri çərçivəsində müntəzəm dostluq əlaqələri saxlayır.
Ağarza Elçinoğlu