"İrəvan və Bakı hələ də müxtəlif diplomatik dillərdə danışır və biz çox vaxt bir-birimizi başa düşmürük".
"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) İrəvanda keçirilən sessiyasında deyib.
Baş nazir qeyd edib ki, Ermənistan Türkiyə ilə də dialoq aparır: "Diplomatik münasibətlərin qurulmasında heç bir uğur əldə etməsək də, əvvəllər belə aktiv dialoqumuz olmayıb. Amma Ermənistanın Türkiyə ilə münasibətlərinin tənzimlənməsi Cənubi Qafqazda sülhsevər, inkişaf edən mühitin strateji baxışı üçün mühüm amildir".
O, ümid etdiyini bildirib ki, yaxın gələcəkdə Ermənistan-Türkiyə sərhədinin üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün açılacaq: "Bu, çox simvolik bir addım olacaq. Biz Cənubi Qafqazı dünyaya xoş xəbərlər verən regiona çevirəcəyimizə ümid edirik".
Ağarza Elçinoğlu