Xorvatiya Belqradın hərəkətlərinə cavab olaraq Serbiyanın Zaqrebdəki səfirliyində çalışan diplomatı "persona non-qrata" elan edib.
"Unikal" xəbər verir ki, bunu Xorvatiyanın Xarici və Avropa İşləri naziri Qordan Qrliç Radman bildirib.
Qrliç Radman mətbuat konfransında deyib: “Xorvatiya Xarici İşlər Nazirliyi Serbiyanın persona non-qratanı Xorvatiyanın Belqraddakı səfirliyinin birinci katibi elan etmək qərarından təəssüflənir.
Xorvatiya Belqradın bu addımına tez cavab tədbiri görüb”.
“Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının 9-cu maddəsinə uyğun olaraq, Serbiyanın Zaqrebdəki səfirliyinin müşaviri Petar Novakoviçin Xorvatiya Respublikası ərazisində persona non-qrata elan edilməsi barədə qərar qəbul etdik”, - deyə nazir vurğulayıb. Xorvatiya tərəfinin diplomatının ölkədən çıxarılmasının səbəbləri ilə bağlı heç bir izahat almadığını əlavə edib.
Noyabrın 20-də Serbiya Xarici İşlər Nazirliyi Xorvatiya Respublikasının Belqraddakı səfirliyinin birinci katibi Hrvoj Şnayderin ölkədən çıxarılmasını elan edərək, onun öz fəaliyyətində “diplomatik normalardan kənara çıxdığını” göstərir.