Surinamda qeyri-qanuni yolla qızıl hasil edildiyi şaxtanın çökməsi nəticəsində azı 14 nəfər ölüb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, qəza Çin şirkətlərindən birinə məxsus mədəndə baş verib. Bir neçə həftə əvvəl polis qanunsuz qızıl mədənçilərini oradan uzaqlaşdırsa da, bir qrup yenidən həmin əraziyə qayıdıb.
Hadisənin səbəbləri araşdırılır.