İstanbul Polis İdarəsində çalışan 39 polis məmuru qazıntı maşınlarına pul verib rüşvət aldıqları iddiası ilə həbs edilib.
"Unikal" xəbər verir ki, İstanbul Polis İdarəsində çalışan, əksəriyyəti yol polisi olan 142 nəfər qazıntı maşınlarından rüşvət aldıqları səbəbilə saxlanılıb. Onlardan 39-u həbs edilib.
Həmin şəxslərin rüşvət müqabilində karxana və bu kimi sahələrdən normadan artıq yüklərin alınmasına icazə verdikləri müəyyən edilib.