HƏMAS ilə planlaşdırılan əsir mübadiləsi sazişi İsrail kabinetində ixtilaf yaradıb.
"Unikal" xəbər verir ki, Qəzzada soyqırımın böyük müdafiəçisi olan ifrat sağçı Milli Təhlükəsizlik Naziri İtamar Ben-Qvir HƏMAS ilə əsir mübadiləsi razılaşmasını tənqid edərək hökumətinə reaksiya verib. "Mən bundan narahatam, çünki onlar bizə fəlakət gətirə biləcək razılaşmadan danışırlar" deyə o, bildirib.
Əsir mübadiləsi ilə bağlı hökumət daxilində fikir ayrılıqlarının olduğunu bildirən israilli nazir, "Bir daha bölündük, bir daha bizə həqiqəti söyləmədiklərinə və bir daha bizi kənara itələdiyinə görə narahat oldum" deyib.
Ben-Qvir 2011-ci ildə HƏMAS ilə bağlanan əsir mübadiləsi razılaşmasını xatırladaraq, "Həmasın Qəzza rəhbəri Yəhya Sinvarı Gilad Şalitin qarşılığında azad etdik və bu problemi özümüz yaratdıq. Şayiələrə görə, İsrail, 2011-ci ildə olduğu kimi, bir daha bunu edəcək.