Ermənistan xarici siyasət istiqamətini kökündən dəyişmək üçün addımlar atır.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
"Aydındır ki, söhbət respublikanın xarici siyasətdə oriyentasiyasının köklü dəyişməsindən gedir. Fikrimcə, bu, Qərbin diktəsi əsasında çox aydın şəkildə həyata keçirilir", - Zaxarova bildirib.
Onun sözlərinə görə, Ermənistan hakimiyyəti bütün bunları ört-basdır etməyə çalışır, düşünür ki, həm əvvəlki yardım səviyyəsini, həm də hansısa xüsusi münasibətləri qoruyub saxlamaq olar: "Bütün bunlar o qədər görünən və başa düşüləndir ki, onu bu cür sözlər və ifadələrin arxasında gizlətmək mümkün deyil".
Ağarza Elçinoğlu