Rusiyanın Ulyanovsk vilayətində iki qatar toqquşub. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Məlumata görə, 396 nəfərin olduğu Adler - Perm qatarı digər dəmir yolu nəqliyyatı ilə toqquşub. 

Ölən və yaralananlar barədə hələlik məlumat yoxdur.

Hadisə yerinə regional fövqəladə hallar xidmətinin əməkdaşları cəlb olunub. Ulyanovsk vilayətinin hakimiyyət orqanları vəziyyəti şərh etməyiblər.

Ağarza Elçinoğlu