“Müsəlman dövlətləri HƏMAS-ın şərtlərinə əməl edənədək İsrailin beynəlxalq qurumlara üzvlüyünün dayandırılmasına çalışmalıdırlar”
"Unikal" xəbər verir ki, bunu İranın Azərbaycandakı keçmiş səfiri Mohsen Pakayin “X” hesabında yazır:
“Müsəlman dövlətləri İsrailin HƏMAS-ın əsirlərin mübadiləsi, Rəfah keçid məntəqəsinin açılması və Qəzzada su, elektrik və qazın verilməsinin bərpası kimi ədalətli şərtlərini qəbul edənə qədər Birləşmiş Millətlər Təşkilatına və bütün əlaqədar qurumlara üzvlüyünün dayandırılmasına çalışmalıdırlar”-deyə diplomat sosial hesabında yazıb.