İsveçrə Federal Şurası Fələstinin radikal HƏMAS hərəkatının fəaliyyətini qadağan edən qanun hazırlamaq qərarına gəlib.
"Unikal" xəbər verir ki, bu barədə hökumətin saytında məlumat verilir.
“2023-cü il oktyabrın 11-də, HƏMAS-ın Qəzza zolağından İsrail vətəndaşlarına qarşı terror aktları həyata keçirməsindən dörd gün sonra Federal Şura HƏMAS-ı terror təşkilatı kimi tanımaq qərarına gəlib. Qanun federal orqanlara HƏMAS-ın istənilən fəaliyyətinə qarşı çıxmaq və ya İsveçrədəki təşkilata dəstək vermək üçün lazımi vasitələrlə təmin edəcək. ”, - hökumətin bəyanatında deyilir. Qeyd olunur ki, qanun layihəsinin 2024-cü ilin fevral ayının sonunadək təqdim edilməsi planlaşdırılır.