"Rusiya prezidenti Vladimir Putinin Minskdə KTMT ölkələrinin liderləri ilə ayrıca ikitərəfli görüşləri nəzərdə tutulmayıb, lakin sammit çərçivəsində ünsiyyət olacaq2.
"Unikal" xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Peskov müvafiq sualı cavablandıraraq, "Ayrılıqda yox. Amma sammitin kənarında ünsiyyət məcburi olacaq" deyə bildirib.
KTMT-nin sammiti noyabrın 23-də Minskdə keçiriləcək. Kremlin məlumatına görə, sammit zamanı KTMT üzvləri arasında qarşılıqlı fəaliyyətin əsas məsələləri, o cümlədən kollektiv təhlükəsizlik sisteminin daha da təkmilləşdirilməsi, eləcə də aktual beynəlxalq və regional problemlər müzakirə olunacaq.
KTMT-yə altı dövlət daxildir: Ermənistan , Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan. Cümə axşamı günü keçiriləcək KTMT sammitində Ermənistan təmsil olunmayacaq.